Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zallarının birindən tapılan 2 600 ABŞ dolları sahibinə qaytarılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Bu barədə vətəndaş özü məlumat verib. Məhkəmədə iş prosesi bitdikdən sonra zalla baxış keçirən mühafizə polisi əməkdaşları itmiş pulqabı aşkar ediblər. Təhlükəsizlik kameralarına baxış keçirilərkən pulqabısını zalda unudan şəxsin kimliyi müəyyən olunub.
Pulun tapılmasında iştirak edən polis əməkdaşları - Elgün Daşdəmirov, Şakir Novruzov və Həsən Məmmədov tərəfindən həmin vətəndaşla əlaqə saxlanılıb, içərisində 2600 ABŞ dolları olan cüzdanı sahibinə təhvil verilib.
Bizim.Media