Ötən gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Bizim.Media