Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.
Bu barədə Bizim.Media-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bizim.Media