Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Evinin qarşısında sürücünün siqnal verməsinə görə ona ağır xəsarət yetirməkdə və xuliqanlıq etməkdə təqsirləndirilən İsgəndər İbişovun məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

O, məhkəməyə təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 

Vəkil Səlahəddin Cəfərov müdafiə çıxışı edərək məhkəmədən müvəkkili üçün bəraət hökmünün çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan edib.


Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham irəli sürülən 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi əsaslılığı sübuta yetirilmədiyinə görə hissəvi bəraət verilib.

221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə bağlı təqsiri sübuta yetirildiyinə görə ona 1 il 4 ay müddətinə azadlıqdan məhrum cəzası verilib.

Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı 2 il həbsdə olmasını nəzərə alaraq ona 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verildiyi üçün dərhal məhkəmə zalından azadlığa buraxılıb.
 

Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrında paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, Vüqar Əliyev idarə etdiyi avtomobili ilə İsgəndər İbişovun evinin yaxınlığından keçəndə avtomobilinin səs siqnalından istifadə edib.


İsgəndər İbişov bunu cüzi səbəb kimi bəhanə edərək, Vüqar Əliyevin sifətinin sağ nahiyyəsinə yumruqla bir dəfə zərbə vurub yerə yıxıb. Daha sonra ona əli və təpiklə zərbələr vuraraq fiziki zor tətbiq edib və həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.

İsgəndər İbişova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) vǝ 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Ağdaşın 10 kəndi qazsız qalacaq

Ağdaşın 10 kəndi qazsız qalacaq

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

End of content

No more pages to load

RADİO