Ucarda 28 yaşlı kişi bıçaqlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində qeydə alınıb.
Hadisə zamanı rayonun Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mayis Sərdar oğlu Ağasıyev bədənin kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralı dərhal həkim nəzarətinə götürülüb və əməliyyata alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu