Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən olan Namizəd Xalidoğlu xərçəng xəstəliyindən vəfat edib.
Bu barədə Bizim.Media-ya mərhumun oğlu Rövzət Zəkəriyev məlumat verib.
Onun sözlərinə görə, xərçəng xəstəliyinə qəfil yoluxan Namizəd Xalidoğlu cəmi 20 gün yaşayıb. Onu xərçəngin caynağından xilas etmək mümkün olmayıb. Aparılan müalicə kursları səmərə verməyib.
71 yaşlı şair Namizəd Xalidoğlu Qoca Xalid imzası ilə yazırdı. Şəkinin Kiçik Dəhnə kəndində doğulan şairin kiçik qardaşı, bir neçə il əvvəl vəfat edən Tahir Xalidoğlu da şair idi. Atasız böyüyən hər iki şair – Namizəd və Tahir Xalidoğlular heç vaxt şəhər mühiti axtarmayıblar. Elə kəndlərində yaşayıb yaradıblar.
Onlar qonşumuz olublar. Ata nənələri Pəri və anaları Qəribə Zəkəriyeva onları halal zəhmətləri ilə böyüdüblər.
Namizəd Xalidoğlu Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü idi.
Namizəd və Tahir Xalidoğlular doğmalarına və sevənlərinə kənd mühitində yaşayıb-yaratsalar da, mərkəzdə nəşr olunan kitablarını yadigar qoyublar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu