Ağdamda tələbə qız dərmandan zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Biləsuvar sakini olan 2007-ci il təvəllüdlü Əliyeva Ayşən Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib. A.Əliyeva Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Əliyeva Ağdam Dövlət Sosial-iqtisadi kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma başlanıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu