BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb. O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi. Amma Təbriz hərəkatı İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi oldu. Amma bu olayların mərkəzində olan qüvvələr Ayətullah Xomeyni deyil, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları idi, Çünki onlar heç Xomeynini tanımırdılar. 

Hərəkatda iştirak edənlər əsasən yoxsullar, xalçaçılar və işçilər idi.  Təbrizdəki olaylarda bir çox ölən, yaralanan, tutulan oldu və təbrizlilərin bu qırx mərasimləri başqa şəhərlərdə keçirildi. Beləliklə, inqilabın başlanğıcı olan 29 Bəhmən (18 fevral 1978) Təbriz hərəkatı nəticəsində Pəhləvi rejimi devrilir.

Bəs, fevralın 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.1444-ci ildə Osmanlı sultanı II Murad taxtı oğlu Mehmetə verdi. 12 yaşında taxta çıxarıldığı üçün bəzi dövlət adamları (Çandarlı Xəlil Paşa və b.) buna etiraz bildirdi, amma II Murad qəbul etmədi.  Macarların bağlanılan müqaviləni pozması və müharibəyə başlaması ilə gənc sultan Mehmet atası və bəzi saray əyanlarına iki məktub göndərdi. Bunların ikisində də atasına bu məşhur sözləri söylədi: "Padşahsanız, özünüz gəlin, qoşunlarınızı idarə edin. Yox, padşah bizsək, sərəncamımıza itaət edib qoşunlarımızın başına keçin!” Bu məktubdan sonra II Murad yenidən Osmanlı taxtına oturdu. 7 il sonra atasının ölümündən sonra Fateh Sultan Mehmet ikinci dəfə 1451-ci ilin bu günü taxta çıxdı. 

2. 1683-ci ildə başlayan Müqəddəs İttifaq Müharibələri illərində - 1695-ci ilin 18 fevralında Osmanlı dövləti Saqqız adasını Venesiyadan geri aldı.

3. 18 fevral 1855-ci ildə Fransız astronom Urben Jan Jozef Leverye ilk dəfə havanın sinoptik xəritəsini qurub.

4. 1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olundu. Sultan Əbdülməcid tərəfindən verilən fərman çökmüş Osmanlı dövlətində köklü dəyişikliklərin aparılması məqsədi daşıyırdı.

5. 1930-cu ilin bu günü gənc Amerika astronomu Klayd Uilyam Tommo Persinvalya Lovella rəsədxanasında fotoqrafik teleskopun köməyi ilə alınmış şəkilləri işlədikdən sonra əmin olub ki, Günəş sisteminin yeni planetini kəşf edib. Həmin il martın 13-də bu planet Pluton adlandırılıb.

6. 18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi. Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi.  

7. 18 fevralda Afrikanın qərbində yerləşən Qambiya respublikası müstəqilliyini bayram edir. Bu ölkə 1965-ci ildə suverenlik qazanıb. O zamana qədər Qambiya Böyük Britaniyanın müstəmləkəsi idi.

8. 1988-ci ilin fevralından Qafan rayonundan olan azərbaycanlı qaçqınların Ermənistandan Azərbaycana axını başlayıb. Təkcə fevralın 18-də sərhədi 4 mindən çox adam keçib. Bununla da Ermənistan ərazisində etnik təmizləmə - azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesi başlayıb.

18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub. Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib.  Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur. (1201-1274)

2. 1294-cü ilin 18 fevralı Monqol imperatoru Kubilay Xan dünyasını dəyişib. Çində Yuan sülaləsinin banisi olan Kubilay Xan 1271-ci ildə hakimiyyətə gəlib və 23 il boyu buranın hökmdarı olub. O, Sonq xanədanlığına son qoyaraq bütün Çin dövlətini birləşdirib. Çində ilk kağız pul Kubilay Xan zamanında başlanıb. Onun dövründə Çinə Avropa səyyahları səfər edib ki, bunların arasında ən məşhuru italiyalı Marko Polodur (15.IX.1254 – 8.I.1324).

3. Məhşur İtaliya fiziki, kimyaçısı, fizioloqu, daimi elektrik cərəyanının ixtiraçısı Alessandro Volta 1745-ci ilin 18 fevralında dünyaya gəlib.  Fizika sahəsində tədqiqatları əsasən elektriklə bağlı olan Voltanın həssas elektroskop, kondensator, elektrometr, metan və digər ixtiraları var. Teleqrafın layihəsini də ilk dəfə Alessandro Volta hazırlayıb (1745-1827).

4. Görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid 1895-ci ilin bu günü anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Klassik Şərq ədəbiyyatının bilicisi olub. Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əvdülxaliq Yusif verib.  1914-1915-ci illərdən başlayaraq satirik şeirləri, qəzəlləri, meyxanaları, felyetonları qəzet və jurnallarda (“İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli”, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Yeni Yol”, “Gənc işçi” və s.) müntəzəm çap olunub.  Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. (1894-1965)

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada mədəniyyət naziri TUTULDU - FOTO

Rusiyada mədəniyyət naziri TUTULDU - FOTO

Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

Fariz İsmayılzadə: “Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil”

Fariz İsmayılzadə: “Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil”

Bakıda “ayıq sürücü” avtomobildən 11 min manat oğurladı

Bakıda “ayıq sürücü” avtomobildən 11 min manat oğurladı

Dünya bazarlarında neftin qiyməti artdı

Dünya bazarlarında neftin qiyməti artdı

Şahmat üzrə Azərbaycan çempionatında QALMAQAL – İşə Apellyasiya Komitəsi qarışdı

Şahmat üzrə Azərbaycan çempionatında QALMAQAL – İşə Apellyasiya Komitəsi qarışdı

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə BAŞLAYIR

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə BAŞLAYIR

Aİ-nin Ermənistana göndərdiyi yeni missiya rəhbəri kimdir? - FOTO

Aİ-nin Ermənistana göndərdiyi yeni missiya rəhbəri kimdir? - FOTO

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

"Qarabağ" - "Nyukasl" oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ" - "Nyukasl" oyunu bu telekanalda yayımlanacaq

Kolbasa və konfetlə qidalanma uşaqlarda IQ səviyyəsinin azalmasına səbəb olur

Kolbasa və konfetlə qidalanma uşaqlarda IQ səviyyəsinin azalmasına səbəb olur

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Uşağını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

Uşağını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

İngilislər Bakıda “Çelsi” bayrağını sökdü – VİDEO

İngilislər Bakıda “Çelsi” bayrağını sökdü – VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

DTX-nin başladığı cinayət işində Sənan Rəhimliyə HÖKM OXUNDU

DTX-nin başladığı cinayət işində Sənan Rəhimliyə HÖKM OXUNDU

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Bu ərazilərə qar yağacaq - Hava dəyişir

Bu ərazilərə qar yağacaq - Hava dəyişir

DYP-dən texniki baxışla bağlı sürücülərə MÜRACİƏT - VİDEO

DYP-dən texniki baxışla bağlı sürücülərə MÜRACİƏT - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Tiranada tədbirdə - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Tiranada tədbirdə - FOTO

AzTV-də yeni İNTELLEKTUAL LAYİHƏ - Tarixi yaddaşla müasir milli təfəkkür “Tarixin oyunu”nda BİRLƏŞİR - VİDEO

AzTV-də yeni İNTELLEKTUAL LAYİHƏ - Tarixi yaddaşla müasir milli təfəkkür “Tarixin oyunu”nda BİRLƏŞİR - VİDEO

“5 yaşım olanda Cəbrayılda məni sel apardı”

“5 yaşım olanda Cəbrayılda məni sel apardı”

İsveçrə Azərbaycan-Ermənistan gündəliyinə necə qarşı ÇIXIR? – “Ölü diriltmək” oyununun GİZLİ FİQURLARI

İsveçrə Azərbaycan-Ermənistan gündəliyinə necə qarşı ÇIXIR? – “Ölü diriltmək” oyununun GİZLİ FİQURLARI

End of content

No more pages to load

RADİO