Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar.
Onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media, Aran bürosu