Apellyasiya Məhkəməsi şair İlham Qəhrəmanla bağlı çıxarılmış qərarı ləğv etdi

Şair İlham Qəhrəmanın Sabunçu Rayon Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) iddiası üzrə çıxarılan qətnamədən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bizim.Media “Teleqraf.az”a istinadla bildirir ki, bu barədə şairin özü məlumat verib.

İlham Qəhrəmanın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə iş üzrə üç məhkəmə iclası keçirilib və proses ötən gün yekunlaşıb.

O bildirib ki, Sabunçu Rayon Məhkəməsinin qərarı tamamilə ləğv olunub.

"Sabunçu Rayon Məhkəməsində iddia həm Anar Rzayevin, həm də Azərbaycan Yazıçılar
Birliyinin adından verilib. Bakı Apellyasiya Məhkəməsinin son iclasında məlum oldu ki, AYB-nin nizamnaməsində təşkilatın hər hansı üzvünü, o cümlədən sədrini hüquqi müstəvidə müdafiə etmək səlahiyyəti nəzərdə tutulmayıb. Məhkəmənin qərarına əsasən, nə təzminat ödənməli, nə üzr istənməli, nə də mətbuatda təkzib verilməlidir. Hakimə ədalətli qərar üçün təşəkkür edirəm", - İlham Qəhrəman əlavə edib.

Qeyd edək ki, keçən il oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.

Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.

Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.

İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, keçən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Məqalədə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Edis Görgülü də SAXLANILDI

Edis Görgülü də SAXLANILDI

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

Taleh Quliyev vəzifəsindən AYRILDI

Taleh Quliyev vəzifəsindən AYRILDI

Abşeron dairəvi marşrutu üzrə başqalarına da bilet ala bilərsiniz – VİDEO

Abşeron dairəvi marşrutu üzrə başqalarına da bilet ala bilərsiniz – VİDEO

Apellyasiya Məhkəməsi şair İlham Qəhrəmanla bağlı çıxarılmış qərarı ləğv etdi

Apellyasiya Məhkəməsi şair İlham Qəhrəmanla bağlı çıxarılmış qərarı ləğv etdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

End of content

No more pages to load

RADİO