“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

Rusiyada meymunçiçəyi virusunun aktivləşməsi insanların narahatlığına səbəb olub. Belə ki, Sankt-Peterburqda iki meymunçiçəyi xəstəliyi aşkar edilib. Xəstəlik Taylanddan tətildən qayıdan kişilərdə ortaya çıxıb. Fevral ayının əvvəlindən bəri isə Rusiyada artıq beş nəfər bu xəstəliyə yoluxub. Bütün xəstələr də bir-birinə təmas yolu ilə yoluxublar. Xəstələrin vəziyyəti qənaətbəxşdir və həyati təhlükələri yoxdur.

Qeyd edək ki, virusun bir neçə ştammı var - Clade I və Clade II. Hazırda insanlar arasında daha asan ötürülən birinci ştammdır.

Mütəxəssislər açıq təbiətdə vəhşi heyvanlara təmasdan çəkinməyi, əl gigiyenasına riayət etməyi, məişət əşyalarını paylaşmaqdan çəkinməyi tövsiyə edir.

Rusiyanın qonşu ölkə olduğunu nəzərə alsaq, virusun Azərbaycana keçmə ehtimalı varmı?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur.

Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur.

Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə batan var - Dalğıclar axtarışa başladı

Kürdə batan var - Dalğıclar axtarışa başladı

“Nyukasl” Bakıya gəlir – FOTO

“Nyukasl” Bakıya gəlir – FOTO

Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

Rejissor Səidə Haqverdiyevanın HƏBSİ istənilir

Rejissor Səidə Haqverdiyevanın HƏBSİ istənilir

“Böyük Seva” evə buraxıldı

“Böyük Seva” evə buraxıldı

XİN-dən Qaradağlı faciəsi ilə bağlı PAYLAŞIM

XİN-dən Qaradağlı faciəsi ilə bağlı PAYLAŞIM

Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU

Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU

“Qəbələ”dən “Sabah”la oyundakı epizoda REAKSİYA

“Qəbələ”dən “Sabah”la oyundakı epizoda REAKSİYA

Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

"Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

"Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Xamenei Trampa səsləndi: “İranı məhv edə bilməyəcəksiniz”

Xamenei Trampa səsləndi: “İranı məhv edə bilməyəcəksiniz”

Braziliyalı futbolçu müsəlman oldu – VİDEO

Braziliyalı futbolçu müsəlman oldu – VİDEO

Ağdam şəhərində 120 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Ağdam şəhərində 120 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

“Axmat” jurnalının baş redaktoru Ukrayna müharibəsində ÖLDÜRÜLDÜ

“Axmat” jurnalının baş redaktoru Ukrayna müharibəsində ÖLDÜRÜLDÜ

Tanınmış yazıçı vəfat etdi - FOTO

Tanınmış yazıçı vəfat etdi - FOTO

Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

"Üç dəfə nişanlı olmuşam"

"Üç dəfə nişanlı olmuşam"

Bakının mərkəzindəki yanğın söndürüldü – YENİLƏNİB - VİDEO

Bakının mərkəzindəki yanğın söndürüldü – YENİLƏNİB - VİDEO

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? – İddialara RƏSMİ CAVAB

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? – İddialara RƏSMİ CAVAB

Xamenei minlərlə təbrizli ilə görüşdü

Xamenei minlərlə təbrizli ilə görüşdü

Azərbaycan ötən ay meyvə-tərəvəz ixracından nə qədər qazanıb?

Azərbaycan ötən ay meyvə-tərəvəz ixracından nə qədər qazanıb?

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Şahin Şıxlınskiyə 23 il cəza istənildi

Şahin Şıxlınskiyə 23 il cəza istənildi

End of content

No more pages to load

RADİO