Bu gün səhər saat 08:45-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospekti ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı "Fiat" markalı, 77-SE-364 dövlət qeydiyyat nişanlı avtomobil KIA markalı, 99-UB-345 və "Hyundai" markalı, 99-HL-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media