Xəbər verdiyimiz kimi, Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagird qidadan zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə isə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başlayıb.
Xatırladaq ki, şagirdlər Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Bizim.Media