Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

Qarşıdan xalqımızın qədim bayramı olan Novruz, ondan öncə isə bayramın gəlişindən xəbər verən 4 çərşənbə gəlir. Ancaq bəzi bölgələrimizdə  4 çərşənbədən əvvəl "yalançı" və yaxud "xəbərçi çərşənbə" qeyd olunur.

Belə ki, bu çərşənbə ilk olan su çərşənbəsindən öncə qeyd olunur. Yəni, növbəti həftə su çərşənbəsi olduğuna görə, bu gün yalançı çərşənbədir. Bu çərşənbə çox qeyd edilməsə də, hələ də tonqal yandıranlar, xonça hazırlayanlar, şam yandıranlar var.

Ona həm də xəbərçi deyilməsinin səbəbi onun çərşənbələrin, qarşıdan gələn bayramın gəlişindən xəbər verməsi, insanları ruhən bayrama hazırlamasıdır.

"Xəbərçi"ni başa düşdük, bəs, "yalançı"adı nə mənaya gəlir?

Bizim.Media mövzuyla bağlı folklorşünas alim Muxtar İmanovun fikirlərini öyrənib.

O deyir ki, bu ad insanların mifoloji fikirlərindən asılıdır:

"İnsan adını, libasını dəyişməklə, yalançı mərasimlər keçirməklə bədxah, şər qüvvələrdən qorunmağa, onları aldatmağa çalışıb.  Yəni qədimdə insanlar da yalançı çərşənbəni keçirməklə qarşıdan gələn əsl 4 çərşənbəni bədxah qüvvələrdən qorumaq istəyiblər. Bu, başqa mərasimlərdə də özünü göstərib, məsələn yalançı padşah mərasimi olub".

Muxtar İmanov belə bir maraqlı fikir səsləndirib ki, xalq yalançı çərşənbəni keçirərək qarşıdan gələn bayramı, köhnə ildən yeni ilə keçmək anlayışını bəd qüvvələrdən qorumaq istəyir:

"Xalq öz mifoloji təsəvvürlərinə görə əmin-amanlığa qovuşmaq, ruzi bərəkətin artması üçün bu mərasimi keçirir. Burada məqsəd yeni ili şər qüvvələrdən qorumaqdır" - deyə Muxtar İmanov bildirib.

Sözsüz ki, xalqımızın bir çox adəti əslində mifoloji düşüncələrə, xalqın qədim inanclarına söykənir. Bu gün bəzi bölgələrimizdə qeyd olunan, bəzilərində isə unudulan yalançı çərşənbə də onlardan biridir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB

Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB

“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Niyə qeyri-etik kontent məhz “Telegram” vasitəsilə yayılır?

Niyə qeyri-etik kontent məhz “Telegram” vasitəsilə yayılır?

Sosial şəbəkədə aşağı faizli kreditlər təklif edərək vətəndaşların külli miqdarda pulunu taladı – VİDEO

Sosial şəbəkədə aşağı faizli kreditlər təklif edərək vətəndaşların külli miqdarda pulunu taladı – VİDEO

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkə var...

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkə var...

"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

İngiltərədə yaşayan qızının görüntülərini görən Nigar efirdə AĞLADI - VİDEO

İngiltərədə yaşayan qızının görüntülərini görən Nigar efirdə AĞLADI - VİDEO

Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı

Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı

Faiq Qarayev: “Rusiya və Türkiyənin voleybolla bağlı inkişaf modelləri bizə uyğun deyil”

Faiq Qarayev: “Rusiya və Türkiyənin voleybolla bağlı inkişaf modelləri bizə uyğun deyil”

Rusiya ordusu Ukraynaya 29 raket və 396 dronla hücum etdi - VİDEO

Rusiya ordusu Ukraynaya 29 raket və 396 dronla hücum etdi - VİDEO

Bakıda yaşayış binasındakı yanğında 63 yaşlı qadın xəsarət alıb

Bakıda yaşayış binasındakı yanğında 63 yaşlı qadın xəsarət alıb

Magistratura imtahanında ABSURD QAYDA – Tarixçi niyə məntiqdən imtahan verir?

Magistratura imtahanında ABSURD QAYDA – Tarixçi niyə məntiqdən imtahan verir?

Bakıda zəncirvari qəza: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Bakıda zəncirvari qəza: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO

Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO

Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi

Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi

Flora Kərimova uzun müddət sonra görüntüləndi – FOTO

Flora Kərimova uzun müddət sonra görüntüləndi – FOTO

Yanğın baş verən binanın sakinləri belə təxliyə olundu – VİDEO

Yanğın baş verən binanın sakinləri belə təxliyə olundu – VİDEO

Bu ölkə Rusiyadan təzminat istəyir

Bu ölkə Rusiyadan təzminat istəyir

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Yanğın baş verən ərazidən YENİ VİDEO

Yanğın baş verən ərazidən YENİ VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR

Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

End of content

No more pages to load

RADİO