Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Bizim.Media xəbər verir ki, hadisəni əks etdirən videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Mövzuya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli münasibət bildirib.
Onun sözlərinə görə, görüntü ilə əlaqədar araşdırma aparılıb.
"Paytaxtın S.Vurğun küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən müvafiq tədbirlər görülüb.
"Lada" markalı, 77-YJ-688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib", - deyə T.Nəsirli vurğulayıb. (Oxu.az)
Bizim.Media