Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib.


Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb ediliblər.

Bununla yanaşı, 2025-ci il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib.

Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası” hazırlanıb.

Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaq.

İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınıb.
 

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilib. Eləcə də şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.


Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı təsdiqlənib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Yanğın baş verən ərazidən YENİ VİDEO

Yanğın baş verən ərazidən YENİ VİDEO

Şagirdi tərəfindən güllələnən müəllim EVƏ BURAXILDI

Şagirdi tərəfindən güllələnən müəllim EVƏ BURAXILDI

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

Ramazan ayının başlaması ilə bağlı fətva verildi

Ramazan ayının başlaması ilə bağlı fətva verildi

“Kəpəz”in legioneri Azərbaycana QAYIDIR?

“Kəpəz”in legioneri Azərbaycana QAYIDIR?

Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK

Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi

Bakıda 42 məktəbə yeni direktor təyin olundu

Bakıda 42 məktəbə yeni direktor təyin olundu

AQTA-dan Göygöldəki zəhərlənmə ilə bağlı AÇIQLAMA

AQTA-dan Göygöldəki zəhərlənmə ilə bağlı AÇIQLAMA

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə QƏRAR VERİLDİ

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə QƏRAR VERİLDİ

“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılır

“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılır

Neftçalada ad günündə 5 nəfər zəhərləndi

Neftçalada ad günündə 5 nəfər zəhərləndi

SON DƏQİQƏ! Bakının mərkəzində güclü yanğın – VİDEO

SON DƏQİQƏ! Bakının mərkəzində güclü yanğın – VİDEO

Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

2500 il əvvəl estetik əməliyyat olub? – Cərrahiyyə tarixini alt-üst edən tapıntı - FOTO

2500 il əvvəl estetik əməliyyat olub? – Cərrahiyyə tarixini alt-üst edən tapıntı - FOTO

6 evdən oğurluq etdi – HƏBS OLUNDU

6 evdən oğurluq etdi – HƏBS OLUNDU

Bakıda körpə belə xilas edildi - VİDEO

Bakıda körpə belə xilas edildi - VİDEO

Vardanyan 20 il azadlıqdan MƏHRUM EDİLDİ

Vardanyan 20 il azadlıqdan MƏHRUM EDİLDİ

İlham Əliyevdən Çin sədrinə MƏKTUB

İlham Əliyevdən Çin sədrinə MƏKTUB

Fərqanə Qasımova Arzu Əliyeva ilə bir arada – FOTO

Fərqanə Qasımova Arzu Əliyeva ilə bir arada – FOTO

“Barselona”dan səfərdə gözlənilməz məğlubiyyət

“Barselona”dan səfərdə gözlənilməz məğlubiyyət

End of content

No more pages to load

RADİO