Azərbaycanda yeni iş yerləri açılacaq

"Daxili ekosistemin gücləndirilməsi, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" fəaliyyət planı ölkəmizin daxili rəqəmsal mühitinin tamamilə yenidən qurulmasını, dövlət qurumları arasında məlumat mübadiləsinin vahid mərkəzdən idarəolunmasını və vətəndaşlara təqdim olunan xidmətlərin tam rəqəmsallaşdırılmasını nəzərdə tutur".

Bizim.Media xəbər verir ki, bu fikirləri “Oxu.Az”a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin nəticələrini şərh edərkən deyib.

O bildirib ki, bu arxitektura daxili resursların səmərəli idarəedilməsi, bürokratik maneələrin aradan qaldırılması və şəffaflığın artırılması üçün qurulmuş milli ekosistemdir:

"Sistemin mərkəzində dayanan data əsaslı idarəetmə gələcəkdə süni intellekt həllərinin dövlət idarəçiliyinə daha çevik inteqrasiya olunması üçün sağlam təməl yaradır. ABŞ və Çin ilə əməkdaşlığın rolu böyükdür. Daxili rəqəmsal arxitektura milli layihə olsa da, bu sistemin ən qabaqcıl texnologiyalarla təchiz edilməsində Birləşmiş Ştatlar və Çin ilə qurulan əməkdaşlıqlar mühüm rol oynayır.

Amerika Birləşmiş Ştatları ilə tərəfdaşlıq ölkəmizə proqram təminatı, bulud həlləri və süni intellekt standartlarının gətirilməsinə imkan yaradır. Eyni zamanda, Çin ilə əməkdaşlıq bu yeni arxitekturanın fiziki infrastrukturunun, xüsusilə yüksəksürətli internet və məlumat mərkəzlərinin qurulmasında texnoloji üstünlüklər qazandırır. Beləliklə, daxili ekosistemimiz qlobal texnoloji təcrübələrlə zənginləşərək daha dayanıqlı hala gəlir".

Ekspert vurğulayıb ki, yeni iş yerləri və sosial-iqtisadi təsirlər baxımından milli rəqəmsal arxitekturanın inkişafı, həmçinin beynəlxalq əməkdaşlıqlar çərçivəsində həyata keçirilən konkret layihələr əmək bazarında köklü dəyişikliklərə səbəb olur:

"Bu proses, ilk növbədə, yerli kadrların yeni sistemlərə adaptasiyasını və rəqəmsal bacarıqlarının artırılmasını tələb edir ki, bu da onminlərlə insanın məşğulluq formatının yenilənməsi deməkdir. Məlumat analitikləri, sistem administratorları və süni intellekt üzrə mütəxəssislər üçün yaranan yeni iş yerləri Azərbaycanın gənc nəslinə rəqəmsal iqtisadiyyatın fəal iştirakçısı olmaq imkanı verir. Bu transformasiya təkcə İKT sektorunu deyil, bütün sosial-iqtisadi sahələri əhatə edərək cəmiyyətin rəqəmsal rifahını təmin edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Bərdədə yük avtomobili piyadanı vurdu

Bərdədə yük avtomobili piyadanı vurdu

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

Polis Ağsuda əməliyyat keçirdi – TUTULAN VAR – VİDEO

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

SON DƏQİQƏ! Murat Dalkılıç SAXLANILDI

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

Hamı Ançelottinin qızlarla bu FOTOsundan DANIŞIR

Tünd şokoladla bağlı VACİB XƏBƏR

Tünd şokoladla bağlı VACİB XƏBƏR

Bu gün Vardanyana HÖKM oxunacaq

Bu gün Vardanyana HÖKM oxunacaq

16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır

16 yaşlı boksçunun ölümü prokurorluqda araşdırılır

Tarixdə İLK: Ana və oğul birgə yarışdı – FOTO

Tarixdə İLK: Ana və oğul birgə yarışdı – FOTO

Azərbaycanda şair vəfat etdi – FOTO

Azərbaycanda şair vəfat etdi – FOTO

Rusiyada azərbaycanlılara YENİ QADAĞA

Rusiyada azərbaycanlılara YENİ QADAĞA

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Yeni layihəsi bəlli oldu

Yeni layihəsi bəlli oldu

Qadının evinə maskalı basqın edən şəxs: “Həmin pulla kredit və borcumu ödədim”

Qadının evinə maskalı basqın edən şəxs: “Həmin pulla kredit və borcumu ödədim”

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi: Mükafat fondu 92 min manatdır

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi: Mükafat fondu 92 min manatdır

End of content

No more pages to load

RADİO