Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “QazEl” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sərnişini, 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı hadisə yerində həyatını itirib.
Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, həmçinin sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.