Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Şahid E.M. təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:
 
"Mən hərbçiyəm. Həmin gün istirahət günü idi, evdə yatırdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib dərhal həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qarşısında yerdə qanlı bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi və dedi ki, sağ qolunu işlədə bilmir, kömək lazımdır, qızına zəng etməyimi istədi. Mən də kömək etdim, qızına zəng vurdum. Çox keçmədən təcili tibbi yardım briqadası gəldi, xanımı "Semaşko"ya apardılar".

Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.

Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

İstintaqla müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq məqsədilə hadisəni törədib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Füzulidə DƏHŞƏTLİ QƏZA: 1 ölü, 4 yaralı var

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri KEÇİRİLDİ - FOTO

Almaniyanın XİN başçısı: “Avropa ABŞ-sız özünü müdafiə edə bilməz”

"Pula meyil etdikdə sənət kiçilməyə başlayır"

Moskvada azərbaycanlı ər-arvadın meyitləri TAPILDI

"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı BURAXACAQ

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Dəhşətli təhlükə yaxınlaşır - Professor XƏBƏRDARLIQ ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

“Xaç atası” filminin ulduzu VƏFAT ETDİ

Gəncədə ev YANDI - Tüstüdən zəhərlənənlər var

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş”da CİDDİ İTKİ

Slovakiya üçün Rusiya neftini nəql etməyə RAZILIQ VERMƏDİ

“Artıq səbrim çatmır, çıxıb gedəcəyəm” - VİDEO

Azərbaycan daha bir ölkədən quzu əti idxalına BAŞLADI

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanıldı - FOTO

“Real” Madrid Soboslayini transfer etmək istəyir

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiya TƏTBİQ EDİB

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda DƏHŞƏT: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Şəkidə epilepsiya xəstəsi olan 33 yaşlı kişi su kanalına yıxılaraq ölüb

“Milan” Pulişici 80 milyona satmaq istəyir

Sabah Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Prezidentin sosial media hesablarında Serbiya səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO