Fevralın 16-da günorta saatlarında Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşiyev kəsici alətlə yetirilən xəsarətlər səbəbindən xəstəxanada həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu