Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Sədrin səlahiyyətlərinin icrası direktorun müavini Anar İsrafilova həvalə olunub.
Bizim.Media Anar İsrafilovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Bizim.Media