Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif edilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əks olunub.

Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilmişdir.

Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
 

Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar.


Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir. 

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO

38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO

Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

“Şamaxı” “Turan Tovuz” oyunu QOLSUZ BİTDİ

“Şamaxı” “Turan Tovuz” oyunu QOLSUZ BİTDİ

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti SEÇİLDİ - FOTO

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti SEÇİLDİ - FOTO

Cəlilabadda 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib – TƏFƏRRÜAT

Cəlilabadda 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib – TƏFƏRRÜAT

Ötən ay bu qədər mənzilə “kupça” verilib

Ötən ay bu qədər mənzilə “kupça” verilib

Qəhvəyi mərmər bağacığı təhlükəsi ilə bağlı fermerlərə ÇAĞIRIŞ – FOTO

Qəhvəyi mərmər bağacığı təhlükəsi ilə bağlı fermerlərə ÇAĞIRIŞ – FOTO

Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər AÇIQLANDI

Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər AÇIQLANDI

Türkiyədə kömür mədəni çökdü - VİDEO

Türkiyədə kömür mədəni çökdü - VİDEO

Vüqar Qurbanov işdən çıxarılmasından DANIŞDI

Vüqar Qurbanov işdən çıxarılmasından DANIŞDI

Xaricdə yaşayanlar niyə Azərbaycandan Həccə gedirlər? – Zəvvarların ETİRAFI

Xaricdə yaşayanlar niyə Azərbaycandan Həccə gedirlər? – Zəvvarların ETİRAFI

Əli Kərimli və Məmməd İbrahimlə bağlı QƏRAR

Əli Kərimli və Məmməd İbrahimlə bağlı QƏRAR

DİQQƏT! Bu ərazilərdə qaz kəsiləcək

DİQQƏT! Bu ərazilərdə qaz kəsiləcək

Masazırda bu yolun əsaslı təmiri yekunlaşıb – VİDEO

Masazırda bu yolun əsaslı təmiri yekunlaşıb – VİDEO

S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO

İftarın sevimlisi xurma təhlükəlidir — Həkim açıqladı

İftarın sevimlisi xurma təhlükəlidir — Həkim açıqladı

Mikayıl Cabbarov özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

Mikayıl Cabbarov özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

Orxan Lökbatanlı ƏMƏLİYYAT OLUNDU: Həkim danışmağı qadağan etdi – VİDEO

Orxan Lökbatanlı ƏMƏLİYYAT OLUNDU: Həkim danışmağı qadağan etdi – VİDEO

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Qazaxıstan klubu “Neftçi”nin hücumçusunu TRANSFER EDƏCƏK?

Qazaxıstan klubu “Neftçi”nin hücumçusunu TRANSFER EDƏCƏK?

O qədər qar yağdı ki, evə getmək üçün tunel qazdılar – FOTO

O qədər qar yağdı ki, evə getmək üçün tunel qazdılar – FOTO

Bakıda gəncdən maraqlı addım – Film zamanı evlilik təklifi etdi

Bakıda gəncdən maraqlı addım – Film zamanı evlilik təklifi etdi

End of content

No more pages to load

RADİO