Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.
Bəs imtahan nəticələri nə zaman açıqlanacaq?
Bizim.Media DİM-ə istinadən xəbər verir ki, fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. (Sfera.az)
Bizim.Media