Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fevralın 16-da Xocalı şəhərinə növbəti qayıdış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın Qarabağ bürosuna verilən xəbərə  görə, bu gün 149 nəfərdən ibarət 30 ailə doğma yurduna dönüb. 

12 ailə, yəni 55 nəfər çoxmənzilli yaşayış binasındakı mənzillərlə, 94 nəfərdən ibarət 18 ailə isə yeni bərpa edilmiş fərdi yaşayış evləri ilə təmin edilib.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. 
 

Onun sözlərinə görə, şəhərdə müasir kommunikasiya infrastrukturu qurulub, yaşayış binaları və fərdi evlər yüksək standartlara uyğun inşa olunub, sosial obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.


Qeyd olunub ki, məskunlaşma prosesi, “Böyük Qayıdış” proqramına uyğun şəkildə mərhələli qaydada icra olunur. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə zəruri sosial, nəqliyyat və kommunikasiya infrastrukturu formalaşdırılır. 

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə və Xocalının 7 kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi planlı şəkildə davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kontakt”ın əfsanəvi kampaniyası 100 000 AZN-dək uduşla geri döndü

“Kontakt”ın əfsanəvi kampaniyası 100 000 AZN-dək uduşla geri döndü

Fevralın 24-də bu bayram qeyd olunacaq

Fevralın 24-də bu bayram qeyd olunacaq

Ağdaşda meyiti tapılan kişi 40 gün əvvəl evdən gedibmiş... – Dəhşətli hadisənin DETALLARI

Ağdaşda meyiti tapılan kişi 40 gün əvvəl evdən gedibmiş... – Dəhşətli hadisənin DETALLARI

Gecələr vanna otağının pəncərəsini açıq qoyanlara bəd XƏBƏR

Gecələr vanna otağının pəncərəsini açıq qoyanlara bəd XƏBƏR

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının HƏCMİ

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının HƏCMİ

Cəlilabadda 52 yaşlı kişi öldürüldü – Saxlanılan var

Cəlilabadda 52 yaşlı kişi öldürüldü – Saxlanılan var

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Azərbaycan karateçisi qızıl medal QAZANDI

Azərbaycan karateçisi qızıl medal QAZANDI

AZAL daha bir şəhərə müntəzəm reyslərə BAŞLAYIR

AZAL daha bir şəhərə müntəzəm reyslərə BAŞLAYIR

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər – FOTO

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdilər – FOTO

Bakı-Quba yolunda yük avtomobilləri toqquşdu - Toyuqlar yola dağıldı - VİDEO

Bakı-Quba yolunda yük avtomobilləri toqquşdu - Toyuqlar yola dağıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da qaydalar dəyişir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da qaydalar dəyişir – VİDEO

Vüqar Qurbanovun səlahiyyətlərini icra edən Anar İsrafilov KİMDİR? – DOSYE

Vüqar Qurbanovun səlahiyyətlərini icra edən Anar İsrafilov KİMDİR? – DOSYE

Ötən ay Azərbaycandan Ermənistana 2.4 milyon dollar dəyərində məhsul ixrac edilib

Ötən ay Azərbaycandan Ermənistana 2.4 milyon dollar dəyərində məhsul ixrac edilib

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 16 milyon manat vəsait geri qaytarıldı

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 16 milyon manat vəsait geri qaytarıldı

PFL prezidenti Qurban Qurbanovun iradlarına CAVAB VERDİ

PFL prezidenti Qurban Qurbanovun iradlarına CAVAB VERDİ

Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

DTX-nin həbs etdiyi şəxsə HÖKM OXUNDU

DTX-nin həbs etdiyi şəxsə HÖKM OXUNDU

Magistratura imtahanlarının cavabı bu tarixdə açıqlanacaq – RƏSMİ

Magistratura imtahanlarının cavabı bu tarixdə açıqlanacaq – RƏSMİ

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT - FOTO

Vüqar Qurbanovun işdən çıxarılması ilə bağlı TƏFƏRRÜAT

Vüqar Qurbanovun işdən çıxarılması ilə bağlı TƏFƏRRÜAT

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

End of content

No more pages to load

RADİO