Quba Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə icra başçısı İlqar Mahmudov əmr imzalayıb.
Əmrə əsasən, Rüstəm Məmmədov icra başçısının Quba şəhəri üzrə nümayəndəsi təyin olunub.
Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən bəri Quba Rayon İcra Hakimiyyətində çalışır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu