Biləsuvar şəhərində transformatorda partlayış baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Biləsuvar şəhər bazarının yaxınlığında yerləşən transformatorda qeydə alınıb.
Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu