Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi 20 km/saat endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, Mərdəkan şosesi, məhdudiyyətin tətbiq edildiyi Hava limanı körpüsünə çatmamış olan hissədə sürət həddi 20 km/ saat endirildi. Bununla bağlı məlumat-sürət tablosunda dəyişiklik edilib.
Sürücülərdən xahiş olunur ki, qeyd edilən sürət həddinə əməl etsinlər.
Bizim.Media