General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

Nəsimi Rayon Məhkəməsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini -Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə generalın anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı Rafiq Abbasov iddianı əsaslandırıb.

O bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq istəyib və bu məqsədlə maklerlərlə əlaqə saxlayıb:

"Ayaz Həsənova məxsus evə baxdıq, bəzi çatışmazlıqlar var idi. Yay mətbəxinə, quyuya da diqqət yetirdik. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Sonradan məlum oldu ki, həyətdəki quyu qonşu ilə ortaqdır. Amma bu barədə mənə məlumat verilməmişdi. Ayaz Həsənov çatışmazlıqları aradan qaldıracağına söz verdi, razılaşdıq. Usta çağırıb, təmir qiymətləri ilə maraqlandım və bu barədə Ayaz Həsənova məlumat verdim. O isə verdiyi sözü tutmadı. Dedi ki, bu barədə onu narahat etməyim".

Prosesdə çıxış edən cavabdeh Ayaz Həsənov bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib:

"Bunun üçün bir neçə vasitəçiyə müraciət etdim, həmçinin alqı-satqı saytlarına elan yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra vasitəçi zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Sonra makler dedi ki, Rafiq müəllim evi almaq istəyir. Səhəri görüşdük, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Bir ay müddətinə evi boşaldıb ona təhvil verdim. Hovuzdakı problemə
gəldikdə isə mozaikada çatışmazlıq var idi. Usta çağırdıq, dedi ki, boya vurub həll etmək olar.
Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum".

İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

Ayaz Həsənov prosesə əmlakçı və mühafizəçinin çağırılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Baş Qərargah rəisinin müavini
- Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır. Həsənov 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

End of content

No more pages to load

RADİO