“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.

Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır.

Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır.
 

Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.


Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı xəbərlər səhifəsindən əldə etmək olar. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Hərbi Hava Qüvvələrində inspeksiya yoxlamaları KEÇİRİLDİ - FOTO

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Peskov: “Avropalılar Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcəklər”

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Elşad Quluyev İŞDƏN ÇIXARILDI

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qırmızı Bazarda əkin işi ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

"Mingəçevir" "Zaqatala" ilə heç-heçə etdi, "Difai" qalib gəldi

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

General bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb - FOTO/VİDEO

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Fevralın 14-də işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Sərnişinlərin NƏZƏRİNƏ – Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

End of content

No more pages to load

RADİO