Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyaların dövlət tərəfindən alınmasının yeni əsası müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.

Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir.

Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə biləcək.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilə biləcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə partlayış - Ölən var – FOTO

Xankəndidə partlayış - Ölən var – FOTO

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

Azərbaycan bu ölkəyə nar ixracını bərpa etdi

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

1-ci kurs tələbəsi vəfat etdi - FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Humanitar yardıma görə Azərbaycana təşəkkür etdilər – FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Qusarda Səfərbərlik Xidmətinin 14 illiyi QEYD olundu - FOTO

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Taxta materialları bahalaşacaq – Bu TARİXDƏN

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Məktəblərdə vahid geyim formaları niyə pozulur? – VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Almaniyada səfərdədir – FOTO/VİDEO

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Günay Ağamalıdan qəza törətməsi iddiası ilə bağlı AÇIQLAMA

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

Qaxın sabiq icra başçısı ilə bağlı QƏRAR

“Zirə” bu legionerlə VİDALAŞACAQ

“Zirə” bu legionerlə VİDALAŞACAQ

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Bacısı oğluna işgəncə verən Günay Novruzovanın həbs müddəti UZADILDI

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Göbələk kimi artan reabilitasiya mərkəzləri - Onlara nəzarət hansı formada APARILIR?

Göbələk kimi artan reabilitasiya mərkəzləri - Onlara nəzarət hansı formada APARILIR?

Leyla Əliyeva "Sinxronizasiya" sərgisindən paylaşım etdi - FOTO

Leyla Əliyeva "Sinxronizasiya" sərgisindən paylaşım etdi - FOTO

Şəxs haqqındakı məlumatın silinməsini hansı halda tələb edə bilər? – RƏSMİ AÇIQLAMA

Şəxs haqqındakı məlumatın silinməsini hansı halda tələb edə bilər? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO