BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

1988-ci ilin 12 fevralından Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsini tələb edən mitinqlər başlandı. Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələri ciddi qəbul etməyərək rəsmi Moskvanın müdaxiləsini, qayda-qanun yaradacağını gözlədi. Bu fəaliyyətsizlik nəticəsində Dağlıq Qarabağ erməni silahlılarının təxribat yuvasına çevrildi.

Bəs, fevralın 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1733-cü ilin bu günü ingilis dəniz zabiti və siyasətçisi Edvard Oqltorp Şimali Amerikanın cənub-şərq sahillərində Sabanna liman məskəninin bünövrəsini qoyub. Bu ərazi indiki Corciya ştatının ilk tarixi yaşayış məntəqəsidir. Britaniya parlamentində “İmkansız borclular haqqında qanun”la bağlı işlərə məsul Oqltorp bu cür adamların Amerikaraya sürgün edilməsi üçün kral III Corc (Georde) müraciət edib və onun razılığını alıb. Sonralar bu ştat o kralın şərəfinə Corciya adlandırılıb.

2. 12 fevral 1818-ci ildə müstəqilliyini əldə edən Çilinin respublika bayramı günüdür. Azadlıq uğrunda mübarizə aparan Cənubi Amerika vətənpərvərləri 1817-ci ildə Çakabuko adlanan ərazidə İspaniyanın müstəmləkə qoşunlarını darmadağın ediblər. Yaranan Çili respublikasının rəhbəri milli qəhrəman Bernardo O Hiqqins olub.    

3. 1912-ci ilin 12 fevralında kiçik yaşlı Çin imperatoru Pu Yi taxtdan endirildi. Beləliklə, 2 min illik Çin İmperatorluğu və 267 hakimiyyətdə olan Mancur sülaləsinə son qoyuldu. Əmisinin ölümündən sonra üç yaşında hakimiyyətə gətirilən, 1911-ci il Çin İnqilabından sonra taxtdan endirilən Pu Yi 1924-cü ildə gizlicə Pekindən çıxaraq Tyantsin (Tianjin) Yaponiya koloniyasına sığınır. Yaponlar onu 1932-ci ilin 9 martında dövlət başçısı elan edir və 2 il sonra (1934) Qanqde adı ilə Mansokyoya, yəni Böyük Mançjuriya İmparatorluğuna gətirirlər.

II Dünya Müharibəsinin sonunda (1945-ci ilin avqustu) ruslara əsir düşən Pu Yi (Qanqde) 1950-ci ildə müharibə günahkarı olaraq cəzalandırılmaq üçün Çinə təhvil verilir. 1959-cu ildə bağışlandıqdan sonra Pekində bir nəbatat bağının maşın təmir emalatxanasında çalışır.

Rejissor Bernardo Bertolucci bütün dünyada məşhur olan “Son imperator” (The Last Emperor) kinofilmini məhz Puyinin həyatından götürərək ekranlaşdırıb. Film 1988-ci ildə “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və digər nominasiyalar üzrə 9 Oskar mükafatı qazanıb.

4. 12 fevral 1914-cü ildə Türkiyədə təyyarə ilə ilk aviapoçt əməliyyatı həyata keçirildi. Pilot, yüzbaşı İsmayıl Hakkı bəyin sürdüyü təyyarə ilk poçtu Lefke və Biləcik arasında daşıdı. Normal poçt rüsumlarından daha bahalı olan bu hava poçtu markalarında təyyarə, dirijabl, şar balonu və quş kimi şəkillərin istifadə edilməsi sonralar marka müxtəlifliyi və koleksiyaçılığa səbəb oldu.

5. 2002-ci ilin 12 fevralında BMT Müharibə Cinayətləri Məhkəməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlandı. Bosniya müharibəsində törədilən qırğın və vəhşiliklərə cavabdeh olan Miloşeviçin 66 ayrı-ayrı cinayətlə əlaqədar həbsinə qərar verilsə də, məhkəmə prosesi başa çatan kimi o öldü. Qeyd edək ki, Yuqoslaviyanın keçmiş prezidenti 2001-ci ilin 1 aprelində tutulmuş və Belqrad zindanına göndərilmişdi.

12 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Amerikanın görkəmli dövlət xadimi, Respublikaçılar Partiyasının qurucularından biri Abraam Linkoln 1809-cu ilin bu günü dünyaya gəlib. 1860-cı ildə həmin partiyadan Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Linkoln 4 ildən sonra 2-ci dəfə də prezident seçkilərində qalib gəlib. Onun prezidentliyi dövründə 1863-cü ildə Amerikada köləliyin qəti ləğvi barədə qanun qəbul edilib. 1865-ci ildə quldarların casusu olan aktyor Buts Linkolnu ölümcül yaraladı. Bundan 2 gün sonra Linkoln vəfat etdi. (1809-1865)

2. 1911-ci ilin bu günü Azərbaycanın məhşur tarzəni Bəhram Mənsurov dünyaya gəlib. O, Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva kimi tanınmış xanəndələri tarda müşayət edib. 1932-ci ildən Opera və Balet Teatrının solisti və konsertmeystri olan Bəhram Mansurovun ifasında Bayatı-Şiraz, Humayun, Nəva-Nişapur, Şur, Mahur-Hindi, Bayatı-Kürd və Çahargah muğamları ilk dəfə olaraq UNESCO xətti ilə qrammafon valına yazılıb. (1911-1985)

3. Bu gün Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarovun xatirə günüdür. O, 1931-ci il fevralın 12-də 74 yaşında dünyasını dəyişib. (1857-ci ildə anadan olub.) Səməd bəy Rusiya-Yaponiya müharibəsi zamanı VII Sibir Artilleriya Diviziyasının komandiri olub. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə ona “Qızıl qılınc” təqdim olunub. Mehmandarov çar Rusiyasının “Stanislav”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələrini, eləcə də, İngiltərə, Fransa və Rumıniyanın yüksək orden və medalları ilə də təltif edilib.  Azərbaycan Demokratik Respublikasının hərbi naziri işlədiyi dövrdə Səməd bəy Mehmandarovun milli ordu quruculuğu və hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsiz olub. (1857-1931)

4. Türkiyədə Sərvəti-Fünün dövrü şair və yazıçılarından olan Cenap Şahabettin beyninə qan sızmasından 1934-cü ilin 12 fevralında dünyasını dəyişdi. Yaxşı təhsil almış Cenap Şahabettinin ilk şeiri 1885-ci ildə “Saat” qəzetində dərc edilib. O, Osmanlı dövründə 1860-cı ildən bəri davam edən Şərq-Qərb mübarizəsi və Qərb ədəbiyyatı - Sərvəti-Fünün dövrünün ən önəmli yazıçılarından biri idi. İnnovativ şeirləri ilə dövrünün ən çox tənqid edilən şairi olan Cenap Şahabettin, eyni zamanda, dram əsərləri, səyahət və araşdırma yazıları ilə də tanınıb. 

5. 12 fevral 1923-cü ildə şair-dramaturq, tərcüməçi, Əməkdar İncəsənət Xadimi İslam Səfərli anadan olub (1923-1974). Müharibə mövzusunda qələmə aldığı poemaları o dövrdə maraqla qarşılanıb. O, dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" əsərləri əsasında hazırlanan tamaşalar buna misaldır. Şairin sözlərinə "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı" və digər onlarla populyar mahnılar bəstələnib.

6. 12 fevral 1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub. O Birinci Qarabağ Müharibəsində 31 yanvar 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Xatırladaq ki, Təbriz Xəlilbəyli Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Xırdalanda azyaşlı belə xilas edildi - VİDEO

Xırdalanda azyaşlı belə xilas edildi - VİDEO

128 yaşlı qadın sirrini açıqladı: Süfrəsindən iki qidanı əskik etmir

128 yaşlı qadın sirrini açıqladı: Süfrəsindən iki qidanı əskik etmir

Bakının daha bir ərazisində qəzalı evlər söküləcək – Yerində park salınacaq – VİDEO

Bakının daha bir ərazisində qəzalı evlər söküləcək – Yerində park salınacaq – VİDEO

End of content

No more pages to load

RADİO