Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlanılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Seyidzadə, Zamin Məmmədov, Qoşqar Əliyev, Bəxtiyar İsmayılzadə, Natiq Şahmurov, Ələddin Novruzəliyev və Üzeyir Novruzzadə saxlanılıblar.
Adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu