Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi — Bəhrəsini yayda görəcək

Qışın son günləri meyvə ağacları üçün həlledici mərhələ sayılır. Bu dövrdə atılan kiçik addımlar yazda ağacın sağlamlığını müəyyənləşdirir. Fevralın sonu, martın əvvəlinədək ağac gövdələrinin əhənglənməsi məsləhət görülür. Sadə görünən bu qulluq zərərvericilərin qarşısını alır, xəstəlik riskini azaldır.

Bizim.Media xəbər verir ki, ağac gövdələrində yosun, göbələk təbəqəsi və həşərat sürfələri yığılır. 

Yaz mövsümündə bu qatlar zərərvericilər üçün ideal gizlənəcək yerə çevrilir. Əhəngləmə isə yüksək qələvi təsiri ilə həmin canlıların böyük hissəsini məhv edir, gövdəni təmizləyir.

Əhəng çəkilmiş gövdə günəş şüalarını geri qaytarır. Bu da gündüz isinib gecə kəskin soyuma nəticəsində qabıqda yaranan çatların qarşısını alır. Xüsusilə şaxtalı bölgələrdə bu amil ağacın don zədələrindən qorunmasında mühüm rol oynayır.

Ekspertlərin sözlərinə görə, əhəngləmə vaxtında aparıldıqda yaz aylarında kimyəvi dərmanlara ehtiyac xeyli azalır. Ağac mövsümə daha güclü və sağlam daxil olur.

Ən uyğun vaxt ağaclar hələ tumurcuqlanmamış dövrdür.

Yağışsız, quru gün seçmək vacibdir. Fevralın sonu və ya ən gec martın əvvəlinə qədər gecikməmək tövsiyə olunur, çünki havalar isindikcə zərərvericilər aktivləşir.

Tətbiq zamanı əvvəlcə gövdə sərt fırça ilə təmizlənir, yosun və qabıq qalıqları aradan qaldırılır. Ardınca əhəng su ilə qarışdırılıb torpağa yaxın hissədən əsas budaqların başlanğıcına qədər çəkilir.

Əhəngləmə hər ağac üçün məcburi sayılmır. Amma meyvə ağaclarında və zərərvericilərin çox olduğu bağlarda bu üsul öz effektini aydın göstərir. Eyni zamanda həddindən artıq tətbiqin torpağın balansını poza biləcəyi də nəzərə alınmalıdır. (Demokrat.az) 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

Hava BU TARİXDƏN istiləşəcək

Hava BU TARİXDƏN istiləşəcək

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

Bakıda tələbə qız bacısını bıçaqladı

Bakıda tələbə qız bacısını bıçaqladı

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

End of content

No more pages to load

RADİO