Zərdab rayonunun Nəriman Nərimanov adına Məmmədqasımlı kənd tam orta məktəbi uzun illərdir qəzalı vəziyyətdədir. 1974-cü ildə inşa olunan məktəb binasının hazırkı durumu valideynləri ciddi narahat edir.
Kənd sakinlərinin sözlərinə görə, binada uzun müddətdir əsaslı təmir aparılmayıb.
Divarlarda dərin çatlar yaranıb, pilləkənlər köhnəlib, pəncərələr sınıq, sinif otaqlarının isə qapıları yoxdur. Bu azmış kimi məktəbin istilik sistemi də mövcud deyil. Odun sobası ilə qızdırılan qəzalı otaqlarda oturmaq isə hər an baş verəcək təhlükədən xəbər verir.
Yağışlı havalarda isə məktəbin dam örtüyü su buraxır, sinif otaqlarının ortasına su damır. Bütün bu, səbəblərə görə bir çox valideyn övladlarını məktəbə göndərməkdən imtina edir.
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Pərviz Allahverdiyev, Aran bürosu, Bizim.Media