Milli Məclisdə Fəzail Ağamalının vəfatı ilə bağlı onun ailə üzvlərinə və onu tanıyanlara başsağlığı verilib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı səsləndirib.
“Bizim keçmiş həmkarımız altı çağırış Milli Məclisin deputatı olmuş Fəzail Ağamalı vəfat edib. Fəzail Ağamalı tanınmış ictimai-siyasi xadim, “Ana Vətən” partiyasının sədri idi, çox fəal millət vəkili idi. Fəzail Ağamalının vəfatı ilə onun ailə üzvlərinə, onu tanıyan hər kəsə, həmkarımız qızı Günay Ağamalıya baş sağlığı veririk. Allah rəhmət eləsin!”- deyə spiker qeyd edib.
Günay Şahmar, Bizim.Media