Qadın musiqiçi toydan çıxarkən bıçaqlandı - Keçmiş sevgilisi… - FOTO

Fevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

Bizim.Media xəbər verir ki, qafqazinfo.az-a müraciət edən 33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.

“Hadisə fevralın 1-də saat 19:00 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi, çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi”, - şikayətçi bildirib.

S.İmamquliyeva qeyd edib ki, hadisəyə onun sevgilisindən ayrılması səbəb olub: “Artıq münasibətimiz bitmişdi. Əli Əsgərov ayrılıqdan sonra məni mütəmadi izləyir, hədə-qorxu gəlirdi. Məni bıçaqlayandan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Beynəlxalq Xəstəxanasına aparılaraq əməliyyat olundum. Döş qəfəsimdə qırılıb qalan bıçağın kəsici hissəsi əməliyyatla bədənimdən xaric edildi. Hazırda səhhətimdə yaranmış ağır fəsadlar səbəbindən işləyə bilmirəm. Bu hadisəyə görə külli miqdarda maddi-mənəvi zərərlə üzləşmişəm, qarşı tərəf isə heç maraqlanmır. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilsə də, istintaqın gedişindən də məlumatsızam. Qarşı tərəf imkanlıdır və təsir imkanları çoxdur.

Həyatıma hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılıb.

“Ekspertiza rəyinə görə, hadisə zamanı kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, - DİN rəsmisi əlavə edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

End of content

No more pages to load

RADİO