Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barələsində aparılan araşdırma çərçivəsində DTX-də dindirilib.
Onun evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bizim.Media