Siyəzən şəhərində 20 yaşlı İzzət Zaur oğlu Cəfərov həyatını itirib. O, yaşadığı evin hamamında ölü vəziyyətdə tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhumun dəm qazından zəhərləndiyi ehtimal edilir.
Qeyd edək ki, İzzət Cəfərov Siyəzən şəhərindəki restoranların birində ofisiant kimi çalışırdı.
Faktla bağlı Siyəzən prokurorluğu araşdırma aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu