Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan EDİLİR

“A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, imtahan aprelin 18-də bu qurumun Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 13 martdır.
 

Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır.


Bu imtahan Oxu (Reading) - 45 dəqiqə;

Yazı (Writing) – 45 dəqiqə;

Dinləmə (Listening) - 35 dəqiqə;

Danışıq (Speaking) – 14 dəqiqə.

“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir.

Bu imtahan da 4 bölmədən ibarətdir:

Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcək.

Dinləmə (Listening) - 30 dəqiqə;

Danışıq (Speaking) – 12 dəqiqə.

Hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
 

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər. Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.


İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO