Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son vaxtlar Azərbaycanda ailə-məişət zəminində və xüsusilə, məktəblərdə törədilən cinayətlərin sayı artıb. Xüsusən qadınlara qarşı zorakılığın qarşısının alınması haqqında qanunvericiliyin pozulması haldan asılı olaraq inzibati və ya cinayət tərkibi yaradır. Bu cinayətlərin səbəbləri müxtəlif olsa da, hər birinin bir ortaq cəhəti var: təhlükə anında çarəsiz qalan insanlar.

Dünya praktikasında belə hallar üçün hüquq-mühafizə orqanlarına sürətli şəkildə təhlükə siqnalı göndərən tətbiqlər inkişaf etdirilib. Məsələn, Türkiyədə istifadədə olan “KADES” (Kadın Destek Uygulaması) qadınların və uşaqların təhlükə anında bir düymə ilə polisə yer məlumatı göndərməsinə imkan verən rəsmi mobil tətbiqidir. Həmçinin, Balkan ölkələrində də oxşar funksiyanı yerinə yetirən “Be Safe” tətbiqləri fəaliyyət göstərir. Bu tətbiqlər istifadəçilərə real vaxtda təhlükə siqnalı göndərmək, yaxın polis bölmələri və fövqəladə xidmətlərlə əlaqə qurmaq imkanı yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!


Bəs Azərbaycanda cinayət hallarına qarşı bu cür operativ təhlükəsizlik siqnalı göndərən mobil tətbiq yaradıla bilərmi?

Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Bizim.Media-ya açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən ailə münaqişəsi, həmçinin məişət zorakılığı ilə bağlı daxil olan hər bir müraciətin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır:

“Nazirliyin “102” Xidməti–Zəng Mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi operativ sistemlər, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərə qarşı təxirəsalınmadan adekvat tədbirlərin görülməsinə xidmət edir. Nazirlik tərəfindən ailə-məişət zəminində zorakılıq hallarına qarşı fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.

Gender əsaslı zorakılıqla mübarizə sahəsində maarifləndirmə işi çərçivəsində ərazi polis orqanları tərəfindən xüsusilə orta və ali təhsil müəssisələrində görüşlər təşkil olunur”.

Açıqlamada həmçinin bildirilib ki, zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.

Bu, təkcə ona məruz qalan şəxsin problemi yox, belə hala şahidlik edən hər bir vətəndaşın məsuliyyəti, vicdani borcudur:

“Təhlükəsiz cəmiyyət və sağlam gələcək üçün hər bir vətəndaşa çağırış edərək bildiririk ki, zorakılığa qarşı qəti mövqe nümayiş etdirərək belə hallarla üzləşdikdə və ya rastlaşdıqda dərhal polisə məlumat versinlər”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO