Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Keçmiş Sovet İttifaqının memarlıq simvoluna çevrilən binaların mərtəbə sayı təsadüfi deyil. Şəhərləri bürüyən bu standart hündürlüklərin arxasında həm insan sağlamlığı, həm də ciddi dövlət qənaəti dayanırdı.

Bizim.Media xəbər verir ki, 1950-60-cı illərdə sürətlə tikilən "Xruşşovka"ların 5 mərtəbəli olmasının əsas səbəbi liftdir.

O dövrün tikinti standartlarına görə, 5 mərtəbəyə qədər olan binalarda lift quraşdırmaq məcburi deyildi. Liftin quraşdırılması və ona xidmət göstərilməsi çox baha başa gəldiyi üçün dövlət büdcəsinə qənaət məqsədilə binalar 5 mərtəbədə saxlanılırdı.

Tibbi araşdırmalar göstərirdi ki, sağlam bir insan lift olmadan maksimum 5-ci mərtəbəyə qədər pilləkənlə çıxa bilər və bu, onun səhhətinə ciddi zərər vurmaz.

Daha sonra tikilən "9 mərtəbəli" binaların hündürlüyü isə təhlükəsizlik qaydaları ilə bağlı idi.

O dövrün standart yanğınsöndürən maşınlarının pilləkənləri maksimum 27-28 metr hündürlüyə çata bilirdi. Bu isə düz 9 mərtəbəli binanın sonuncu mərtəbəsinə bərabər idi.

Əgər bina 10 və ya daha çox mərtəbəli tikilsəydi, həm yanğın təhlükəsizliyi üçün xüsusi tüstü sovurma sistemləri, həm də mütləq şəkildə iki lift (biri yük, biri sərnişin üçün) quraşdırılmalı idi. 9 mərtəbəli binada isə bir lift kifayət edirdi.

Sovet rəhbərliyi qısa müddətdə milyonlarla insanı evlə təmin etməli idi. Buna görə də "memarlıq gözəlliyi" deyil, funksionallıq və sürət ön plana keçdi. Binalar zavodlarda hazırlanan beton bloklarla "konstruktor" kimi yığılırdı. 5 və 9 mərtəbəli qəliblər standart olduğu üçün tikinti həm ucuz, həm də rekord dərəcədə sürətli başa gəlirdi.

Bu binaların mərtəbə sayının aşağı olması həm də o dövrün şəhərsalma planına uyğun idi. Binalar arasında böyük məsafələr qoyulurdu ki, otaqlara günəş işığı rahat düşsün və uşaqlar üçün geniş oyun meydançaları qalsın. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Qızıl və gümüşün SON QİYMƏTİ

Qızıl və gümüşün SON QİYMƏTİ

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

End of content

No more pages to load

RADİO