XX əsrin əvvəllərində inşa edilmiş bu bina uzun illər paytaxtın əsas kinoteatrlarından biri kimi fəaliyyət göstərib. Söhbət Bakının mərkəzində yerləşən və ölkənin kino mədəniyyətində mühüm yer tutan Azərbaycan kinoteatrından gedir.
Keçmişlə bu günün qovuşduğu nöqtədə dayanan bu bina həm də iki küçənin kəsişməsində – tən ortada yerləşməklə diqqət çəkir. Formasına görə qeyri-adi görünən bina xalq arasında “ütü bina” adlanırdı.
Qeyd edək ki, xüsusilə XIX əsrin sonu-XX əsrin əvvəllərində bu cür binalar bütün dünyada populyar olub.
İlkin dövrlərdə hamıya qəribə görünən belə binalar mətbuatda pislənirdi.
Bəs buna səbəb nə idi?
Bizim.Media-nın “Daş Şahidlər” rubrikasının dördüncü buraxılışı Bakının mərkəzində yerləşən Azərbaycan kinoteatrına həsr olunub.
Bizim.Media