Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

İki gündür ölkə gündəmini azyaşlıların aqressiv hərəkətləri, cinayət əməlləri zəbt edib. Belə ki, ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini 2019-cu il təvəllüdlü S.B-yə 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib. Çoxsaylı bıçaq xəsarətləri ilə azyaşlı Ağcabədi Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Əməliyyata alınan 7 yaşlı uşaq Reanimasiya şöbəsinə köçürülüb. Hazırda azyaşlının vəziyyəti ağırdır.
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərdə telefon asılılığının QORXUNC FƏSADLARI – Qadağalar tətbiq etməyin VAXTIDIR


Bu gün isə Bakıda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdinin təhsil müəssisəsinin müəllimini güllələdiyi xəbəri yayılıb. Səbəb və hadisənin necə baş verdiyi məlum olmasa da məktəblinin çantasında məktəbə silah gətirdiyi bəlli olub. Hər iki faktla bağlı araşdırma başladılıb.

Yuxarıda yazılanlar dövlət qurumlarının baş verən faktları təsdiqlədiyi məlumatlardan çıxarışdır. Əsas məsələ isə qələm, kitab, çiçək tutan əllərdə bıçağın və silahın peyda olmasıdır, özündən kiçiyə yardım əlini uzadan böyük əllərdən bıçaq zərbəsi almaqdır. Əsas məsələ əgər müəllimənin güllələndiyi hadisənin qəsdən törədildiyi sübut olunarsa, çiçəkdən silaha keçiddir.

Nə baş verdi ki, uşaqlar əllərində bıçaq və silahla gəzirlər? Uşaqları kriminal ələmə nə sövq edir? Bundan necə xilas ola bilərik?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Nabat Mirzəyeva deyib ki, bu cür hallar hamını düşündürməli və hər kəs də bununla mübarizə yollarını tapmalıdır:

“Təəssüflər olsun son zamanlar uşaqların kriminal aləmə marağı artıb və bu, çox üzücü faktordur. Bu hal gələcək nəslin durumunun necə olacağı düşüncəsini yaradır. Ona görə də bu hallara ciddi yanaşıb, baş verənləri gözardı etməməliyik.

Bu təkcə psixoloji problemlə izah olunacaq durum deyil. Burada şiddət və zorakılıq adiləşmiş hala gəlmiş durumdadır. Əgər bir uşaq şiddətə, zorakılığa, cinayətə, kriminala əl atırsa, həmin uşaq üçün şiddət və kriminal aləmin incidilmək və qarşıdakı insana zərbə vurmaq sıradan hala çevrilib”.

Psixioloq bildirib ki, uşaqlar zorakılığı ixtira etmir, öyrənir:

“Yəni sosial şəbəkələrdən, oyunlardan zorakılığın, şiddətin dırnaqarası qəhrəmanlıq, bir kişilik, güc simvolu olaraq aşılanması uşaqlarda etdikləri səhvə “mən yaxşı hərəkət edirəm” düşüncəsini yaratmağa başlayır.


Uşaq olduğu üçün paylaşılanları "güc" və "cəsarət" olaraq qəbul edir. Bundan əlavə də valideynlər qadağalardan daha çox ona yaşananları, hansı hərəkəti nəyə görə etməməli olduğunu anlatmalıdır. Valideynlər nümunələr çəkməklə övladını maarifləndirməlidir. Aqressiv oyunlar, aqressiv videolar hər biri valideyn tərəfindən yoxlanmalı, nəzarətdən keçirilməlidir. Valideynlər övladlarının maraq dairəsini bilməli, uşaq haqqında müəllimlərindən soruşmalı, onlarla ünsiyyətə keçməlidir.

Uşaqlar çox vaxt qəzəbi ifadə etmirlər, onlar düşünürlər ki, əsəb və qəzəb olursa, mən onu nələrləsə biruzə verməliyəm, nəyisə vuraraq, atmaqla bu hissi çıxarmalıyam. Biz övladlarımıza çox kiçik yaşlarından duyğuların nə olduğunu anlatmalıyıq. Valideynlər uşaqlar əsəbi, qəzəbli olanda, gərgin olanda  onu necə ifadə etməsini, necə hiss etdiyini bölüşməyi öyrətməlidirlər”.

O, valideynləri övladları ilə çox ünsiyyətdə olmağa, onların hisslərini ifadə etməkdə yardımçı olmağa səsləyib:
 

“İndiki dövrdə hər bir uşağın əlində telefon var və biz bunun qarşısını ala bilmirik. Bunun qarşısını almağın yollarından biri uşağın özü ilə məşğul olmasıdır. İdman, rəsm, idman və digər məşğuliyyətlərə yönəltməliyik, ən əsası duyğularını ifadə və idarə etməyi aşılamalıyıq.


İşləyən valideynlər evə gəldikdən sonra yarm saat və ya daha çox övladı ilə vaxt keçirməli, gündəlik dərsləri, gününün necə keçdiyini soruşmalıdırlar. Unutmasınlar ki, gərgin, aqressiv uşaqlar özlərini bir neçə aylar, illər öncədən bir çox aqressiv yanaşmalarla, heyvanlarla, əşyalarla davranışlarda belə özlərini biruzə verirlər. Bununla bağlı diqqət yetirməli və nəzarət etməliyik. Valideyn, müəllim olaraq onları maarifləndirməliyik. Vaxtında atmayacağımız hər bir addım sonradan onların həyatının qaralmasına səbəb ola bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Ermənistanda parlament seçkiləri BU TARİXDƏ keçiriləcək

Ermənistanda parlament seçkiləri BU TARİXDƏ keçiriləcək

Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri TƏYİN EDİLDİ

Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri TƏYİN EDİLDİ

Saleh Məmmədov sədr vəzifəsindən AZAD EDİLDİ

Saleh Məmmədov sədr vəzifəsindən AZAD EDİLDİ

Kubokda antirekord TƏKRARLANDI

Kubokda antirekord TƏKRARLANDI

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

End of content

No more pages to load

RADİO