Fevral ayı bir sıra bürclər üçün maliyyə baxımından xoş sürprizlərlə yadda qalacaq. Ulduzların düzülüşü gözlənilməz gəlirlər, gecikmiş ödənişlər, bonuslar və şanslı fürsətlərin aktivləşdiyini göstərir. Xüsusilə bəzi bürclər üçün pul mövzusu tam fərqli istiqamətə yönələcək.
Bizim.Media fevralda pul sürprizi yaşayacaq bürcləri təqdim edir:
Buğa
Fevral Buğalar üçün maddi baxımdan rahatlama dövrü olacaq. Gözlənilmədən gələn pul, əvvəl ümidi kəsilmiş bir borcun qaytarılması və ya əlavə qazanc imkanı yarana bilər. Maliyyə qərarlarında səbirli davranan Buğalar ayın ikinci yarısında mükafatını alacaq.
Şir
Şirlər üçün fevral ayı uğurlu təkliflər və gəlir artımı ilə seçiləcək. Yeni iş imkanı, əlavə layihə və ya rəhbərlikdən gələn mükafat Şirləri sevindirə bilər. Pul xərcləyərkən diqqətli olan Şirlər qazancı daha da artıra biləcək.
Əqrəb
Uzun müddətdir maliyyə baxımından sıxılan Əqrəblər üçün fevral ayı dönüş nöqtəsi ola bilər. Gözlənilməz mənbədən gələn pul və ya ani qazanc ehtiyacları qarşılamağa kömək edəcək. Risk etmədən atılan addımlar müsbət nəticə verəcək.
Oğlaq
Əməyi ilə qazanan Oğlaqlar fevralda səylərinin qarşılığını alacaq. Bonus, maaş artımı və ya əlavə gəlir ehtimalı yüksəkdir. Xüsusilə ayın ortalarından sonra maliyyə axını sürətlənə bilər.
Balıqlar
Fevral Balıqlar üçün sürprizli olacaq. Kiçik görünsə də, vaxtında gələn pul ciddi rahatlıq yaradacaq. Gözlənilməz təkliflər və ya yaradıcı işlərdən gələn qazanc Balıqların üzünü güldürəcək. (Musavat.com)
Bizim.Media