Artıq 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən BP şirkətinin faliyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmayıb. Ölkənin sosial, təhsil və mədəni həyatına da töhfə verib.
Bizim.Media xəbər verir ki, bunu BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli XIX əsrin böyük rəssamlarından olan Mirzə Qədim İrəvaniyə həsr olunmuş kitabın təqdimatında bildirdi.
Qeyd etdi kii, ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə onun neft strategiyasına həsr olunmuş nəşrlərə dəstək verilib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı film və kitab layihələrinə töhfə verilib. Nizami Gəncəvinin yubileyi münasibətilə iki kitabın, Füzulinin yubileyi münasibətilə isə iki cildlik külliyatın nəşri həyata keçirilib.
Bundan başqa Mirzə Cəlil irsinə həsr olunmuş kitabın nəşrinə dəstək verilib.
"Təqdim olunan kitab isə yalnız müəyyən dövrün sənətini əks etdirmir, həm də Azərbaycan tarixinin mühüm səhifələrinə işıq salır. Ümumiyyətlə, hər bir xalqın hansısa coğrafiyada mövcudluğu və kimliyi ilk növbədə onun yaratdığı mədəni irs və ədəbiyyat vasitəsilə ölçülür"- deyə vurğuladı.
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media