Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489.69 manat borcu yaranıb.

2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, H.Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.
 

Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunub. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb.


Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətinə həbs qərarı verib.

Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub.

2022-ci ildə S.Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi “Səba” ASC-də Təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, H. Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.

Həbib Bağırlı DGK-də çalışdığı müddətdə “Dövlət qulluğunda fərqlənməyə görə” və digər mükafatlara layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Ramil Səfərovun uşaqları da “İdrak” liseyində oxuyur

Ramil Səfərovun uşaqları da “İdrak” liseyində oxuyur

“Qarabağ”ın heyətində DƏYİŞİKLİK

“Qarabağ”ın heyətində DƏYİŞİKLİK

Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR

Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

"City Garden Narimanov"da faizsiz ödəniş şərtləri ilə mənzil satışı davam edir - "Kristal!"

"City Garden Narimanov"da faizsiz ödəniş şərtləri ilə mənzil satışı davam edir - "Kristal!"

2026-nın fevral ayı ilə bağlı MARAQLI FAKT: Bir də 2037-ci ildə baş verəcək

2026-nın fevral ayı ilə bağlı MARAQLI FAKT: Bir də 2037-ci ildə baş verəcək

Günəşdə güclü PARTLAYIŞ OLDU

Günəşdə güclü PARTLAYIŞ OLDU

Nəriman Axundzadə üçün təklif var - Xaricə GEDİR

Nəriman Axundzadə üçün təklif var - Xaricə GEDİR

Nazilədən şok AÇIQLAMA: “Fatiməyə cinayət işi açılacaq” - VİDEO

Nazilədən şok AÇIQLAMA: “Fatiməyə cinayət işi açılacaq” - VİDEO

Şagirdlərdə telefon asılılığının QORXUNC FƏSADLARI – Qadağalar tətbiq etməyin VAXTIDIR

Şagirdlərdə telefon asılılığının QORXUNC FƏSADLARI – Qadağalar tətbiq etməyin VAXTIDIR

Pakistanda partlayış: Çox sayda ölü və yaralı var – VİDEO

Pakistanda partlayış: Çox sayda ölü və yaralı var – VİDEO

Burger və kolanın dəhşətli zərəri: Alimlərdən XƏBƏRDARLIQ

Burger və kolanın dəhşətli zərəri: Alimlərdən XƏBƏRDARLIQ

İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

“Beşiktaş” kubokda qalib gələ bilmədi - VİDEO

“Beşiktaş” kubokda qalib gələ bilmədi - VİDEO

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

End of content

No more pages to load

RADİO