Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib.
Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada işıqforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub. Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geriyədönmə manevri edib.
Bu cür davranışlar təkcə qayda pozuntusu deyil, eyni zamanda məsuliyyətsizlik, digər hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.
Bizim.Media