2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.
Bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bu gün keçirilən mətbuat konfransında qeyd edib.
"2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-Sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media