Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bizim.Media