DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmaqda təqsirləndirilən Aqil Aslanov və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Aqil Aslanov 17 il, Ceyhun İsmayılov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar.
 

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200 000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər.


Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq) 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 274-cü (dövlətə xəyanət), 276 (casusluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

End of content

No more pages to load

RADİO